525.Az

Ceyhun Musaoğlu avtomobil qəzasına düşdü


 

Ceyhun Musaoğlu avtomobil qəzasına düşdü<b style="color:red"></b> Jurnalist, Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu avtomobil qəzasına düşüb.
 
APA-nın məlumatına görə, bu barədə jurnalist Nicat Dağlar şəxsi “Facebook” səhifəsində yazıb.
 
Hadisə iyunun 7-də Ziya Bünyadov prospektində qeydə alınıb.
 
C. Musaoğlunun idarə etdiyi “Kia” markalı avtomobil başqa avtomobillə toqquşub. Maşında C. Musaoğlunun ailə üzvləri də olub.
 
Hadisə nəticəsində C Musaoğlu və ailə üzvləri yüngül xəsarət alıblar. Onlar xəstəxanada ambulator müalicə alaraq evə buraxılıblar.
 





08.06.2017    çap et  çap et