525.Az

"Hazırda Azərbaycanla tərəfdaşlıq prioritetlərini müzakirə edirik"


 

"Hazırda Azərbaycanla tərəfdaşlıq prioritetlərini müzakirə edirik"<b style="color:red"></b>

"Avropa İttifaqı Azərbaycana ən böyük sərmayə qoyan tərəfdir. Söhbət 7 milyard avro birbaşa investisiyadan gedir".
 
APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının "Şərq tərəfdaşlığı" departamentinin direktoru Lourens Meredit 3-cü Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu rəqəmdən 2,5 milyard avro qeyri-neft sektoruna yönəlib: "Biz Azərbaycanın iqtisadi diversifikasiyada qətiyyətli olduğunu görürük. Avropanın 300-dən çox şirkəti Azərbaycanda bizneslə məşğul olur".

L. Meredit qeyd edib ki, Cənub Qaz Dəhlizi və bu kimi digər layihələr Aİ-Azərbaycan münasibətlərinin mühüm istiqamətləridir: "Avropa İttifaqı ilə Azərbaycan yeni saziş üzrə danışıqlar aparır. Saziş həm ittifaq, həm də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir. Biz hazırda tərəfdaşlıq prioritetlərini müzakirə edirik. Sonuncu saziş 20 il əvvəl imzalanıb. Bu müzakirələrin mərkəzində konkret iqtisadi əlaqələrin inkişafı dayanır".

 





08.06.2017    çap et  çap et