525.Az

Gəncə MDB-nin tarixi şəhərləri arasında ilk beşlikdə


 

Gəncə MDB-nin tarixi şəhərləri arasında ilk beşlikdə<b style="color:red"></b> Gəncə rusiyalı turistlər arasında populyarlığına görə MDB-nin tarixi şəhərləri arasında ilk beşliyə daxil olub.
 
Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bu, "TurStat" analitik agentliyinin yeni hesabatından məlum olub.
 
Gəncədən başqa ilk beşliyə Türküstan (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Buxara (Özbəkistan) və Taraz (Qazaxıstan) şəhərləri daxil olub.
 
Analitik agentliyin hesabatında qeyd olunur ki, Gəncəyə hər il 400 mindən çox turist gəlir, onların böyük əksəriyyəti rusiyalı turistlərdir.
 





08.06.2017    çap et  çap et