525.Az

Jurnalistika fakültəsinin tələbələri buraxılış işlərini müdafiə etdilər


 

Jurnalistika fakültəsinin tələbələri buraxılış işlərini müdafiə etdilər<b style="color:red"></b>

Dünən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının da qonaq qismində iştirak etdiyi müdafiədə giriş sözü ilə çıxış edən Jurnalistika fakültəsinin dekan əvəzi, dosent Vüqar Əliyev diplomçulara uğurlar arzulayıb.

Daha sonra Fidan Xasayeva "Jurnalistikada xəbər yaradıcılığının əsas prinsipləri", Nərgiz Qəzənfərli "Azərbaycanın müasir rusdilli mətbuatı", Firayə Allahverdiyeva "Azərbaycanda yayımlanan xarici radioların iş xüsusiyyətləri", Xalidə Surxayzadə "H.Zərdabinin publisistikasında maarifçilik ideyaları", Ramazan Həşimov "Demokratik dəyərlərin formalaşmasında KİV-in rolu" mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər. Tələbələr diplom işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdim edilən işlər haqqında müsbət fikirlər səsləndirib, buraxılış işlərinin mövzu dairələrinin daha da genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürüb.

 





08.06.2017    çap et  çap et