525.Az

Meksika səfiri Lənkəranda


 

Meksika səfiri Lənkəranda<b style="color:red"></b>

İyunun 6-da Azərbaycanın regionları ilə əlaqələri inkişaf etdirmək məqsədilə Meksika səfiri Rodriqo Labardini Lənkərana səfər edib.

Səfirlikdən verilən məlumata görə, səfər çərçivəsində şəhərin İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə görüş keçirilib. Bu görüşdə müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin inkişafı, həmçinin, hər iki ölkənin şəhərlərinin mümkün qardaşlaşması haqqında söhbət aparılıb. İcra başçısı Lənkəran şəhəri, onun tarixi və əsas xüsusiyyətləri haqqında məlumatları təqdim edib. R.Labardini isə münasibətlərin gücləndirilməsi və xalqların yaxınlaşmasına yönələn Meksika Səfirliyinin fəaliyyəti barədə məlumat verib.

Bundan əlavə, səfir Labardini Lənkəran Dövlət Universitetində rektor Natiq İbrahimovla görüşüb. Daha sonra diplomat Lənkəran Dövlət Dram Teatrını ziyarət edərək baş inzibatçı Namiq Ağayev və ədəbi hissə müdiri Ağaddin Babayev ilə görüşüb. Hər iki görüş müfaviq sahələrdə ikitərəfli əməkdaşlığın müzakirəsinə yönəlib. Vurğulanıb ki, təhsil və mədəniyyət xalqlar arasında əlaqələrin möhkəmlənməsi üçün əsas sahələrdir.

Görüşlərdə regionların turistik potensialını müzakirə edərək səfir Labardini Meksikadakı Sehirli Kəndlər anlayışına istinad etdi. Sehirli Kəndlər müxtəlif dövlət qurumları ilə birgə Meksikanın Turizm Nazirliyi tərəfindən inkişaf edilən bir proqramdır. 2001-ci ildə yaradılan həmin proqram bu şəhərlərin sakinləri və onların mədəni zənginliyini saxlamaq və qorumaq naminə işini tanıyır. Turizm Nazirliyi Meksika ərazisindəki 112 yaşayış bölgəsini Sehirli Kənd olaraq adlandırıb. Hər bir bölgədə qədim zamanların güclü təsiri, ispan müstəmləkə imperiyasının zəngin mirası, dünyavi və ata-baba adət-ənənələri və ölkə həyatında tarixi hadisələrin vacib məkanları var.

Ceyhun ABASOV

 





08.06.2017    çap et  çap et