525.Az

Astara bulvarı genişləndiriləcək


 

Astara bulvarı genişləndiriləcək<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi üçün Prezidentin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 





08.06.2017    çap et  çap et