525.Az

“Kanal 13”ün direktorunun şikayəti təmin edilmədi


 

“Kanal 13”ün direktorunun şikayəti təmin edilmədi<b style="color:red"></b> Bu gün Bakı Apellyasiya Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun apellyasiya şikayətinə baxılıb.
 
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
 
Qeyd edək ki, Ə. Orucov Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur. Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.
 





09.06.2017    çap et  çap et