525.Az

Natiq Əliyevlə vida mərasimi keçirilir


 

Natiq Əliyevlə vida mərasimi keçirilir <b style="color:red"></b>

Bu gün energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, vida mərasimi Bakı Mədəniyyət Mərkəzində keçirilir.

Mərasimdə dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış iş adamları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edirlər.

Mərhum nazirin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti və Vitse-prezidenti adından əklil qoyulub.

Mərhum nazir N.Əliyev Fəxri xiyabanda dəfn olunacaq.

 





10.06.2017    çap et  çap et