525.Az
Dövlət və hökumət üzvləri Natiq Əliyevlə vida mərasimində
Azərbaycanın dövlət və hökumət üzvləri Natiq Əliyevlə vida mərasiminə qatılıb.
Bu barədə APA məlumat yayıb.
Vida mərasimində baş nazir Artuq Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirin müavinləri Yaqub Eyyubov, Abid Şərifov, nazirlər Kəmaləddin Heydərov, Ramil Usubov, Zakir Həsənov, Samir Şərifov, Əbülfəz Qarayev, Azad Rəhimov, Ramin Quluzadə, baş prokuror Zakir Qaralov, SOCAR prezidenti Rövnəq Abdullayev, "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev, Komitə sədrləri Mübariz Qurbanlı, Ramiz Həsənov, tanınmış azərbaycanlı iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Fərhad Əhmədov və digər şəxslər Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən mərasimdə iştirak edirlər.
10.06.2017
çap et