525.Az

Qorkinin kitabı təqdim edildi


 

Qorkinin kitabı təqdim edildi <b style="color:red"></b>

İyunun 11-də Azərbaycan Milli Elmlər Akademiyasının bağında məşhur rus yazıçısı Maksim Qorkinin "Mən necə oxumuşam" kitabı təqdim edilib.

525.az-ın məlumatına görə, "Elm və Təhsil" Nəşriyyatında işıq üzü görən kitabı "Kitabsevərlər" hərəkatı çap etdirib. Layihənin ideya müəllifi Səbuhi Azad, kitabın redaktoru isə Səbuhi Şahmursoydur.

Qeyd edək ki, kitab xeyriyyə məqsədi ilə təkrar - latın qrafikasında - nəşr edilib. Belə ki, iki kitabın satılması Qubanın dağ kəndlərində yaşayan uşaqlara bir kitabın bağışlanmasına vəsilə olur.

Əlavə məlumat üçün deyək ki, sözügedən kitab hərəkatın sayca 15-ci kitabıdır.

Kitabın qiyməti 3 manatdır.

Hərəkatdan onu da bildiriblər ki, növbəti kitab tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin "Mən günəşi görürəm" əsəri olacaq.

CAVİD

 





12.06.2017    çap et  çap et