525.Az

Bakıda dəhşətli hadisədə ölənlərin sayı 3-ə çatdı


 

Bakıda dəhşətli hadisədə ölənlərin sayı 3-ə çatdı<b style="color:red"></b> Xəstəxanaya yerləşdirilmiş 13 yaşlı qız ölüb 
 
Mayın 9-da Bakı şəhərinin Yasamal rayonu ərazisində baş vermiş dəhşətli yanğın hadisəsi nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. 5 saylı şəhər Klinik xəstəxanasından Lent.az-a verilən məlumata görə, mayın 9-da saat 16 radələrində Yasamal rayonu Z. Adıgözəlov küçəsində yerləşən 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yanğın zamanı xəsarət almış 2000-ci il təvəllüdlü Səbinə Baladadaşova mayın 12-də həkimlərin səyinə baxmayaraq ölüb.
 
Qeyd edək kİ, hadisə zamanı 2 ədəd 2 otaqlı mənzil yanıb. Hər iki mənzilin cəmi 94 kvadrat metr ərazisinin yanmasından sonra baxış zamanı mənzillərin birindən kirayənişin yaşayan 1949-cu il təvəllüdlü Valentina Korolyovanın və onun nəvəsi, 2010-cu il təvəllüdlü Rauf Əhmədovun meyitləri aşkar edilib. Digər mənzildə isə 2000-ci il təvəllüdlü Səbinə Baladadaşova, həmçinin 1992-ci il təvəllüdlü Elvin Bayramov və 1959-cu il təvəllüdlü Seyfulla Hüseynov isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Fövqəladə Hallar Nazirliyində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
 





13.05.2013    çap et  çap et