525.Az

AXCP sədrinin köməkçisinin məhkəməsində şahidlər ifadə verdi


 

AXCP sədrinin köməkçisinin məhkəməsində şahidlər ifadə verdi<b style="color:red"></b> Bu gün Səbayel rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 
APA-nın xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi keçirilən prosesdə "Azadlıq" qəzetinin iki əməkdaşı - redaktoru Sücəddin Şərifov və müxbiri Vidadi Məmmədov şahid qismində dindirilib.
 
Prosesdə qəzetdə elan yerləşdirmiş Samir İsgəndərov, Sevda Muradova, vəkil Cavanşir Süleymanov və digərləri də ifadə veriblər.
 
Məhkəmədə "Qaya", "Qasid", "Press-Elita" mətbuat yayımı firmalarının məsul şəxsləri də dindirilib.
 
Prosesdə ifadə verən "Qasid" ASC-nin sədr müavini Ağəli İsmayılov "Azadlıq"ın satılan nüsxələrinə görə qəzetə 67 min manat borclu olduqlarını təsdiqləyib.
 
Məhkəmə iyunun 19-da davam edəcək.
 





12.06.2017    çap et  çap et