525.Az

TQDK xəbərdarlıq etdi


 

TQDK xəbərdarlıq etdi<b style="color:red"></b>

TQDK abituriyentlərə müraciət edib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, 2013-2014-cü tədris ili üçün ali təhsil müəsissələrinə  internetlə ərizə qəbulu mayın 15-də başa çatacaq.

Göstərilən vaxta qədər abituriyentin “Elektron ərizə” si doldurulmalı və mayın 17-dək təsdiq olunmalıdır. Əks halda, həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bu gün saat 10:00-a olan məlumata əsasən, 86900 abituriyent  “Elektron ərizə“ni doldurub,  onlardan 78616 nəfərinin ərizəsi təsdiq olunub.

 





13.05.2013    çap et  çap et