525.Az

Azərbaycan və Rusiya bir daha sərhədləri dəqiqləşdirəcək


 

Azərbaycan və Rusiya bir daha sərhədləri dəqiqləşdirəcək<b style="color:red"></b> Sabah Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının I iclası keçiriləcək.

Bu barədə 525.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İki gün davam edəcək iclasda Azərbaycan tərəfindən komissiyanın həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edəcək.
 
Qeyd edək ki, 2010-cu il sentyabrın 3-də Bakıda Azərbaycan və Rusiya arasında sərhədlərin dəqiqləşdirilməsini nəzərdə tutan saziş imzalanıb. Sənədə əsasən, sərhəd xətti keçmiş Azərbaycan SSR və Dağıstan MSSR arasında mövcud olan sərhədlə üst-üstə düşür. Rusiya Azərbaycanın dövlət sərhədi haqqında saziş imzaladığı ilk ölkədir.
 





13.05.2013    çap et  çap et