525.Az

FED-in qərarından sonra 4 ölkə uçot dərəcəsini artırdı


 

FED-in qərarından sonra 4 ölkə uçot dərəcəsini artırdı<b style="color:red"></b> Ötən gün ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) dərəcəsini 0,25% artırdığını bəyan etdikdən sonra dörd ölkənin mərkəzi bankı analoji qərar qəbul edib.
 
"APA-Economics" xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Honq-Konqun tənzimləyiciləri müvafiq olaraq uçot dərəcəsini 0,25% artırıb. Qərarlar FED-in bəyanatından dərhal sonra verilib.
 
Maraqlıdır ki, gözlənilmədən Küveyt Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz olaraq 2,75% səviyyəsində saxlayıb.
 
Xatırladaq ki, dünən iki gün davam edən iclasın ardından FED uçot dərəcəsini 1-1,25% səviyyəsinədək qaldırıb.
 





15.06.2017    çap et  çap et