525.Az

Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri keçiriləcək


 

Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri keçiriləcək<b style="color:red"></b> İyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazır olma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.
 
Təlimlər iyunun 24-dək davam edəcək.
 





16.06.2017    çap et  çap et