525.Az

“Azərbaycanla əlaqələr yeni müstəviyə çıxıb”


 

“Azərbaycanla əlaqələr yeni müstəviyə çıxıb”<b style="color:red"></b> “Avropa İttifaqı Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq”.
 
APA-nın məlumatına görə, bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin rəhbəri Denis Daniilidis “Caucasus İnternational” jurnalının nəşrə başlamasının 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
 
D. Daniilidis son həftələrdə Aİ-dən Azərbaycana reallaşan səfərlərdən danışaraq əlaqələrin yeni müstəviyə çıxdığını bildirib. Aİ rəsmisinin sözlərinə görə, Azərbaycanın islam aləmində rolu çox vacibdir və o, mədəniyyətlərarası dialoqa öz töhfəsini verə bilər: “Bu regionda siyasi sabitliyə ehtiyac var. Biznes üçün bu, çox vacibdir. Biz Azərbaycanla yeni saziş üzrə danışıqlar aparırıq. Enerji sahəsində strateji əməkdaşlığı gücləndirmək lazımdır. Biz artıq tərəf olaraq bir-birimizi daha yaxşı tanıyırıq”.
 





16.06.2017    çap et  çap et