525.Az

"Qadın sahibkarların sayı artıb"


 

"Qadın sahibkarların sayı artıb"<b style="color:red"></b> “Azərbaycanda qadın sahibkarların sayı artaraq, 17 faizdən 24 faizə çatıb”.
 
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Hicran Hüseynova deyib. H. Hüseynova bildirib ki, qadınların iqtisadi baxımdan müstəqilliyi xüsusi əhəmiyyət kəsb edir: “Xüsusilə bölgələrdə qadın sahibkarların müəssisələri inkişaf etməkdədir”.
 
Dövlət Komitəsinin sədri qeyd edib ki, ölkədə ailə mühitinin qorunub saxlanmasında Azərbaycanın iqtisadi baxımından inkişafı çox böyük töhfələr verib.
 





16.06.2017    çap et  çap et