525.Az

Bankların məcburi ehtiyatlarını saxlamasına dair yeni tələb


 

Bankların məcburi ehtiyatlarını saxlamasına dair yeni tələb <b style="color:red"></b> Mərkəzi Bankın İdarə Heyəti “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edib.
 
APA-nın məlumatına görə, bu Qayda Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları  üçün məcburi ehtiyatlar normasını, məcburi ehtiyatların hesablanması və saxlanması qaydasını müəyyən edir.
 
Qaydaya əsasən banklar məcburi ehtiyatları hesablama bazasına daxil olan depozitlərin valyutasından asılı olmayaraq Mərkəzi Bankdakı istənilən bir və ya bir neçə müxbir hesabda saxlaya bilərlər.
 
Dəyişikliyə əsasən isə bank məcburi ehtiyatları hesablama bazasına daxil olan milli valyutada və qiymətli metallarda depozitlər üzrə Mərkəzi Bankda olan manatla müxbir hesabında, xarici valyutada olan depozitlər üzrə isə Mərkəzi Bankda istənilən xarici valyutada olan müxbir hesabında saxlamalıdır.
 
Bu dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minir.
 





16.06.2017    çap et  çap et