525.Az

“Milli Məclis” jurnalının 50-ci sayı işıq üzü gördü


 

“Milli Məclis” jurnalının 50-ci sayı işıq üzü gördü<b style="color:red"></b> 2007-ci ilin mayında Azərbaycan parlamentinin ilk jurnalı olan “Milli Məclis” jurnalını təsis etməsinin 10 ili tamam olub.
 
APA-nın məlumatına görə, “Milli Məclis” jurnalının baş redaktoru, əməkdar jurnalist Ülviyyə Abdullayeva bildirib ki, 10 il əvvəl nəşrə başlayan “Milli Məclis” analitik informasiya jurnalı Azərbaycanın qanunverici orqanının mətbu nəşri kimi keçən müddət ərzində ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən mühüm hadisələri obyektiv işıqlandırmaqla yanaşı, müstəqil dövlətimizin suverenliyinə, insanların rifahına xidmət edən qanun yaradıcılığı proseslərinə də səhifələrində geniş yer verib: "Müasir parlamentin sözçüsü olan nəşr dövlətçiliyin və müstəqilliyin prinsiplərini əsas tutaraq üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmək üçün əzmlə çalışır".
 
Qeyd edək ki, ilk nömrəsinin çapdan çıxmasının 10 ildönümü ərəfəsində jurnalın 50-ci yubiley sayı işıq üzü görüb.
 





16.06.2017    çap et  çap et