525.Az

Vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklər təqdim edildi


 

Vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklər təqdim edildi<b style="color:red"></b>

İyunun 16-da Vergilər Nazirliyi vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklərə həsr olunmuş təqdimat mərasimi keçirib.

Tədbirdə Vergilər Nazirliyinin, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin nümayəndələri, vergi sahəsində mütəxəssislər və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini İlkin Vəliyev son illər vergi sistemində aparılan islahatlar, həyata keçirilən çevik vergi siyasəti barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabət qabiliyyətliliyinə nail olunması üçün vergi xidmətində mütərəqqi beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır. Vergi inzibatçılığının təkmilləşdirilməsi prosesi çərçivəsində atılan ən mühüm addımlardan birinin də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli təsdiq olunmuş Sərəncamına uyğun olaraq, vergi sisteminin ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdırılması olduğunu vurğulayan İ.Vəliyev qeyd edib ki, beynəlxalq vergitutma sahəsində son illər ərzində baş verən proses və tendensiyalar, o cümlədən, xarici ölkələrin beynəlxalq müqavilələrin tətbiqi təcrübəsi nəzərə alınmaqla, bağlanmış müqavilələrin inzibatçılığının həm rezident, həm də qeyri-rezident şəxslərə münasibətdə asanlaşdırılması və mütərəqqi informasiya texnologiyalarından istifadə edilməsi yolu ilə elektronlaşdırılması nəzərdə tutulur. Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı Qaydaları” yeni redaksiyada hazırlanıb və bu Qaydalarda elektron müraciət etmək imkanı və güzəştlərin əvvəlcədən tətbiq edilməsində gəlir növlərinin siyahısının genişləndirilməsi kimi yeniliklər nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, xarici ölkələrlə elektron imza, o cümlədən, “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bu yenilik elektron imza, o cümlədən “ASAN imza” vasitəsilə DTA formalarının xarici ölkə ərazilərində də elektron qaydada təsdiq edilməsi imkanını yaratmaqla onlardan daha rahat və geniş şəkildə istifadə edilməsi mümkün olacaq.

Vergi sistemi üzrə aparılan kompleks islahatlar çərçivəsində vergi inzibatçılığının sadələşdirilməsinin davamı olaraq xüsusi vergi rejimi tətbiq olunan vergi ödəyicilərinə münasibətdə ƏDV inzibatçılığının elektronlaşdırılması qarşıya hədəf kimi qoyulub. Bu məqsədlə, ƏDV-dən sıfır faiz (0 faiz) dərəcə ilə azad olma sertifikatının alınması məqsədilə Vergilər Nazirliyi tərəfindən nazirliyin İnternet Vergi İdarəsində “e-Sertifikat” modulu yaradılıb.

Sonra tədbir iştirakçıları üçün təqdimatlar keçirilib.

“Xarici investisiyalar üçün əlverişli vergi mühiti” barədə təqdimatla çıxış edən Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva ölkəmizdə biznesə başlama prosedurlarının əsaslı şəkildə sadələşdirildiyini, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edildiyini, mövcud vergi sisteminin sahibkarlığı və ixracı təşviq etdiyini bildirib.

Ötən müddət ərzində ölkədə biznesə başlama ilə bağlı proseduralar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır. “Doing Business 2017” hesabatına görə, ölkəmiz “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdədir.

 





17.06.2017    çap et  çap et