525.Az

Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda


 

Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda<b style="color:red"></b> Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində olub.
 

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəlcə vyetnamlı qonaqlar Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri bazası ərazisində ucaldılmış abidəsini ziyarət ediblər.
 
Nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
 
Sonra Vyetnam nümayəndə heyəti HDQ-nin ərazisi, döyüş gəmiləri dəstəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Hərbi Dənizçilik Fakültəsinin tədris-təminat bazası ilə tanış olublar.
 





19.06.2017    çap et  çap et