525.Az

AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıtdı


 

AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıtdı<b style="color:red"></b> Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları" QSC-yə  (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.
 
AZAL-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.
 
Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.
 





20.06.2017    çap et  çap et