525.Az

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşdü


 

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşdü<b style="color:red"></b> Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.
 
APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
 
ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub.
 
Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.
 





20.06.2017    çap et  çap et