525.Az

Yusif Eyvazovun "La-Skala"da debütü


 

Yusif Eyvazovun "La-Skala"da debütü<b style="color:red"></b>

Milanın "La-Skala" Opera Teatrı 2017/2018-ci illər mövsümünü açıqlayıb.

Yeni mövsüm dekabrın 7-də Umberto Cordanonun "Andre Şenye" operasının nümayişi ilə başlayacaq. Səhnə əsərində baş rolu Əməkdar artist Yusif Eyvazov ifa edəcək. Bu çıxış müğənninin "La-Skala"da debütü olacaq. Operada Madlen de Kuanyi rolunu isə Rusiyanın Xalq artisti Anna Netrebko canlandıracaq. "Andre Şenye" operası, həmçinin dekabrın 10, 13, 16, 19 və 22-də, habelə 2018-ci il yanvarın 2-də və 5-də nümayiş etdiriləcək.

Dünya operasının ulduzu Anna Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

 





20.06.2017    çap et  çap et