525.Az

"Formula 1"in vaxtı dəyişir


 

"Formula 1"in vaxtı dəyişir <b style="color:red"></b>

2018-ci ildə Formula 1 üzrə dünya çempionatının Azərbaycan Qran Prisi 27-29 aprel tarixlərində keçiriləcək.

525.az-ın “Trend”ə istinadən yaydığı xəbərə görə, bu, Beynəlxalq Avtomobil Federasiyasının dərc etdiyi ilkin təqvimdə qeyd olunub. 2018-ci ildə Azərbaycan Qran Prisi təqvim üzrə dördüncü yarış olacaq. Bundan başqa, növbəti mövsümdə 21 mərhələ nəzərdə tutulub. Almaniya Qran Prisi birillik aradan sonra yenidən təqvimə salınıb.

Malayziya Qran Prisi isə gələn il üçün nəzərdə tutulan təqvimdən çıxarılıb. Onun əvəzinə 10 illik fasilədən sonra Fransa Qran Prisi baş tutacaq.

Qeyd edək ki, 2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisi iyunun 23-25-də keçiriləcək.

 





20.06.2017    çap et  çap et