525.Az

Prezident Nərimanov Rayon Məhkəməsinin yeni binasının açılışında


 

Prezident Nərimanov Rayon Məhkəməsinin yeni binasının açılışında<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.
 
525.az-ın məlumatına görə, ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısına Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində istifadəyə verilmiş, tikintisi aparılan və layihələndirilən müasir məhkəmə binaları və kompleksləri barədə məlumat verib.
 
Prezident Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
 
Nərimanov Rayon Məhkəməsi təxminən 200 minə yaxın əhaliyə xidmət edəcək. Burada 90 nəfər, o cümlədən, 13 hakim, 80-ə yaxın məhkəmə aparatı əməkdaşı və digər hüquqşünaslar işləyəcək.
  
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ölkə başçısına Təbriz və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişdiyi ərazidə aparılan əsaslı tikinti işləri barədə məlumat verib. Bu ərazidə pilot layihə çərçivəsində 5 müasir yaşayış kompleksi inşa olunacaq.
 
İ.Əliyevə “Elektron məhkəmə” informasiya sistemi barədə məlumat verilib.
 





21.06.2017    çap et  çap et