525.Az

Bu il vergi ödəyicilərinə qarşı 5,5 milyon manat sanksiya tətbiq edilib


 

Bu il vergi ödəyicilərinə qarşı 5,5 milyon manat sanksiya tətbiq edilib<b style="color:red"></b>

Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında alınmasına nəzarət məqsədilə 2017-ci ilin yanvar-may ayları ərzində vergi nəzarəti tədbiri keçirilmiş 1042 obyektdən 942-də pozuntu faktları aşkar edilib, 32 milyon 936,1 min manat həcmində uçotdan gizlədilmiş pul vəsaiti, 41 milyon 99 min manat məbləğində uçotdan gizlədilmiş mallar aşkar edilərək həmin vergi ödəyicilərinə ümumilikdə 5 milyon 454,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

“APA-Economics” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru Zeynalabdin Məmmədzadənin “Vergilər” qəzetində məqaləsində deyilir.

Onun sözlərinə görə, nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunması üzrə hesabat dövründə 55 obyektdə keçirilmiş vergi nəzarəti tədbirləri nəticəsində 31 obyektdə qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilərək, pozuntuya yol vermiş vergi ödəyicilərinə 119,9 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

 





21.06.2017    çap et  çap et