525.Az

Beynəlxalq Bankın restrukturizasiya planı ilə bağlı gözləntiləri


 

Beynəlxalq Bankın restrukturizasiya planı ilə bağlı gözləntiləri<b style="color:red"></b> Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov xarici öhdəliklərin restrukturizasiya planına edilən dəyişikliklərin investorlar tərəfindən müsbət qarşılanacağına ümid edir.
 
“APA-Economics”in məlumatına görə, bankir bildirib ki, restrukturizasiya planının uğurla icra olunacağına ümidlidir: “Gözləntilərimiz müsbətdir. İyulun 18-də səsvermə prosesi keçiriləcək. Daha sonra texniki icra mərhələsinə başlanacaq”.
 
X. Əhədov qeyd edib ki, restrukturizasiya planına əsasən bütün kreditorlar üçün eyni hüquqlar təmin olunacaq və bu zaman ikili yanaşmaya yol verilməyəcək.
 





21.06.2017    çap et  çap et