525.Az

ABB-nin törəməsi fəaliyyətini dayandırdı


 

ABB-nin törəməsi fəaliyyətini dayandırdı<b style="color:red"></b> “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) törəməsi olan “Beynəlxalq Lizinq Şirkəti” hazırda fəaliyyətini dayandırıb.
 
“APA-Economics” xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
 
“Şirkətin çox az sayda kadrları var. Hazırda biz orada ancaq yığımla məşğuluq. Başqa sözlə, şirkət lizinq fəaliyyəti ilə məşğul olmur”, - deyə o qeyd edib.
 





21.06.2017    çap et  çap et