525.Az

"Uçot dərəcəsinin 12%-dək azaldılması realdır"


 

"Uçot dərəcəsinin 12%-dək azaldılması realdır"<b style="color:red"></b> "Hazırda ölkədəki monetar situasiya birmənalı deyil. Düşünürəm ki, artıq yaranmış müsbət meyl uçot dərəcəsinin azaldılmasına imkan yaradır. Təbii ki, son söz və qərar tənzimləyici orqan olan Mərkəzi Bankındır".
 
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
 
"Mən müstəqil şəxs kimi qeyd edə bilərəm ki, iqtisadiyyatdakı müsbət meyllər uçot dərəcəsinin aşağı salınmasına imkan yaradır", - deyə Z.Nuriyev qeyd edib.
 
Bununla yanaşı, təşkilat rəhbəri uçot dərəcəsinin hansı səviyyəyədək aşağı salınması ilə bağlı proqnoz vermək istəməyib: "Konkret bir rəqəm demək çətindir, lakin düşünürəm ki, uçot dərəcəsinin 12%-dək azaldılması realdır".
 





21.06.2017    çap et  çap et