525.Az

“Petkim” işçilərin etiraz aksiyasına aydınlıq gətirdi


 

“Petkim” işçilərin etiraz aksiyasına aydınlıq gətirdi<b style="color:red"></b> SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa vilayətindəki yatırımı olan “Petkim Petrokimya Holding A. Ş.” İlə orada çalışan işçilərlə kollektiv əmək müqavilələrinin uzadılması müzakirələri səbəbi ilə baş verən son etiraz aksiyalarına aydınlıq gətirilib.
 
“Petkim Petrokimya Holding A. Ş.”-dən “APA-Economics”ə verilən məlumata görə, bu günə qədər şirkətdə səlahiyyətli həmkarlar ittifaqı və işçilərlə 10 kollektiv əmək müqaviləsinin imzalanması ilə bağlı görüş keçirilib: “Sonuncu belə görüş iyunun 16-da baş tutub. “Petkim” olaraq kollektiv əmək müqaviləsinin imzalanması ilə bağlı bütün səylərimizə baxmayaraq, təəssüf ki, danışıqlar nəticəsiz olub. Bütün səylərimiz həmkarlar ittifaqı tərəfindən imtinaya məruz qalıb”.
 
Şirkətdən bildirilib ki, bu müddət ərzində əldə olunan nailiyyətlərdə şirkət tam şəffaflığı ilə çalışıb və bütün uğurlarını işçiləri ilə bölüşülüb. Şirkət bu gün də bütün məsələlərin görüşlər nəticəsində həll olunacağına inamını təkrar bildirir.
 
Şirkətdən deyiblər ki, həmkarlar ittifaqının başladığı mitinq xoş niyyətdən uzaq və hüquqa qarşı olan etirazdır: “Etirazçılar şirkətdən mal almağa gələn müştərilərin yük maşınlarını doldurmaqdan imtina edirlər. Axşam saatlarında isə etirazçılar yenidən gələn yük maşınlarına müdaxilə etdikdə, hüquq-mühafizə orqanlarını məsələyə müdaxilə ediblər. “Petkim” nafta da daxil olmaqla, neft-kimya məhsulları istehsal edən müəssisədir. Türkiyə qanunvericiliyinə görə, şirkət son dərəcə yüksək təhlükə riskli iş yeri olduğu üçün burada hər hansı etiraz və mitinqlərin keçirilməsi qadağandır”.
 
Şirkət vurğulayır ki, bu hadisələrin sadəcə iqtisadi baxımdan deyil, bölgədə əldə olunanan nailiyyətləri də risk altına ala bilər: “Bu səbəbdən, şirkət təzminatı mümkün olmayacaq hadisələrin yaşanmaması üçün həmkarlar ittifaqına hörmətlə yanaşmağa və qanunsuz etirazlara son qoymağa dəvət edir. Şirkət bu günə qədər olduğu kimi, bu gün də həmkarlar ittifaqı ilə məsələlərin masa ətrafında həll olunmasına dəvət edir”.
 
Xatrıladaq ki, iyunun 16-dan başlayaraq SOCAR-ın İzmirin Əliağa vilayətində yerləşən “Petkim Petro-Kimya Holding A. Ş”-in əməkdaşları müəssisənin qarşısında etiraz aksiyası keçirirlər. Buna səbəb işçilərin kollektiv əmək müqaviləsinin uzadılması məsələsində şirkət rəhbərliyinin təklifini qəbul etməmələridir.
 





21.06.2017    çap et  çap et