525.Az

Krasnoyarskdan Bakıya birbaşa aviareys açıldı


 

Krasnoyarskdan Bakıya birbaşa aviareys açıldı<b style="color:red"></b>

Rusiyanın Krasnoyarsk şəhərindən Bakıya birbaşa aviareys açılıb.

"APA-Economics" "Federal Press" agentliyinə istinadən xəbər verir ki, qeyd edilən marşrut üzrə ilk uçuşu iyunun 21-də "İrAero" aviaşirkəti yerinə yetirib.
 
Krasnoyarsk şəhərinin "Yemelyanovo" hava limanının mətbuat xidmətindən bildirilib ki, ilk aviareysə sərnişinlər tərəfindən tələbat 100% olub.
 
Bildirilir ki, bu marşrut üzrə aviareyslər oktyabr ayının 25-dək yerinə yetiriləcək.

"İrAero" Bakıya həftədə iki dəfə - çərşənbə və bazar günləri uçacaq. Krasnoyarskdan saat 18:50-də qalxan "Sukhoi Superjet 100" təyyarəsi Bakıya 20:00-da enib. Əks istiqamətdə uçuş vaxtına gəlincə, Bakıdan 21:30-da qalxan təyyarə Krasnoyarska 04:50-də enəcək.

 





22.06.2017    çap et  çap et