525.Az

“Pəncərə” klubunun növbəti tədbiri


 

“Pəncərə” klubunun növbəti tədbiri <b style="color:red"></b>

İyunun 24-də Bilgəh Beach Otelində "Pəncərə" klubunun növbəti tədbiri baş tutub.

"Pəncərədən gələn səs" adlı gecə caz musiqisinə həsr olunub.

Əməkdar artist Nəgiz Cəlilovanın aparıcılığı ilə keçən tədbirdə klubun fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
 
Sonra yazıçı-publisist Günel Anarqızı klubun fəaliyyətindən, coğrafiyasının genişləndiyindən söz açıb. Bildirib ki, "Pəncərə" klubunun sayca üçüncü tədbiri Litvada gerçəkləşib. Belə ki, yazıçının "Qarabağ hekayələri" litov dilində oxuculara təqdim olunub.

Tədbirdə gənc caz ifaçısı Fuad Əsədov, müğənni Samira Allahverdi və Fərid Ələkbərov eyni səhnəni bölüşüblər.

Gecə Əməkdar incəsənət xadimi Salman Qəmbərovun ifasıyla davam edib.

 





27.06.2017    çap et  çap et