525.Az

Milli Məclisdə fasiləsizlik rekordu


 

Milli Məclisdə fasiləsizlik rekordu<b style="color:red"></b> Bu gün Milli Məclisin iclası bir rekordla da yadda qalıb.

Lent. az-ın verdiyi məlumata görə, millət vəkilləri  4 saat 15 dəqiqə fasiləsiz çalışıblar.

Millət vəkilləri bu müddət ərzində “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında Saziş”ə düzəlişlərin təsdiq edilməsini, “Avtomobil yolları haqqında” qanununda, “İcbari sığortalar haqqında” qanunda, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihələrini,  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında ” qanunun layihəsi və Miqrasiya Məcəlləsinin layihəsini müzakirə və qəbul ediliblər.
 





14.05.2013    çap et  çap et