525.Az

Xəzərdə SOCAR əməkdaşlarını daşıyan qayıq qəzaya uğradı: 5 yaralı


 

Xəzərdə SOCAR əməkdaşlarını daşıyan qayıq qəzaya uğradı: 5 yaralı<b style="color:red"></b> İyunun 28-də saat 13.50 radələrində SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub.
 
APA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə,  nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
 
Hadisənin başvermə səbəbləri araşdırılır.
 





29.06.2017    çap et  çap et