“ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyətinin bərpası ilə bağlı vəziyyəti izləyirik”.
Bu sözləri Qəbələyə səfər edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar APA-ya açıqlamasında deyib.
“Hesab edirəm ki, Milli Demokratiya İnstitutu Azərbaycan hökumətini maraqlandıran məlumatları təqdim edib. Fikrimcə, bu fakt Milli Demokratiya İnstitutunun Azərbaycanda öz fəaliyyətini necə həyata keçirməsinin göstəricisidir. Proses davam edir və ümidvaram ki, bu məsələ öz həllini tapacaq”.
çap et