525.Az

Riqada Latviya-Azərbaycan biznes forumu keçiriləcək


 

Riqada Latviya-Azərbaycan biznes forumu keçiriləcək<b style="color:red"></b> Gələn ay Latviyada Latviya-Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır.
 
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan “APA-Economics”ə verilən məlumata görə, biznes forum iyulun 17-də Riqa şəhərində baş tutacaq.
 
Forum çərçivəsində Latviya iş adamları ilə işgüzar əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur. Latviyaya səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlardan iyulun 7-dək Azpromo-ya müraciət edə bilərlər.
 





29.06.2017    çap et  çap et