525.Az

Prezident türkmənistanlı həmkarını təbrik etdi


 

Prezident türkmənistanlı həmkarını təbrik etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedova 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
 
APA-nın “turkmenistan.gov.tm” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti məktubunda Azərbaycan və Türkmənistanı dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığını bildirib:
 
“İnanıram ki, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın iradəsi ilə iki ölkə arasında dialoq daha da inkişaf edəcək və bizim birgə səyimiz nəticəsində möhkəmlənəcək. Sizə möhkəm can sağlığı və səadət, qardaş Türkmənistan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm”.
 





29.06.2017    çap et  çap et