525.Az

SOCAR Ukraynada qaz satışı üçün lisenziya aldı


 

SOCAR Ukraynada qaz satışı üçün lisenziya aldı<b style="color:red"></b> Ukraynada enerji və kommunal xidmətlər üzrə tənzimlənməni həyata keçirən Milli Komissiya SOCAR-ın törəmə şirkəti olan “SOCAR Ukraine” Ticarət Evinə ölkə ərazisində təbii qazın ticarəti üçün lisenziya verib.
 
“APA-Economics”in Ukraynanın “OilNews” saytına istinadən verdiyi məlumata görə, müvafiq qərar komissiyanın bu gün keçirilmiş iclasında qəbul edilib.
 
Qeyd edək ki, iyulun 1-dən qüvvəyə minəcək qanuna əsasən, “Ukrtransgas” Milli Komissiyanın lisenziyası olmayan şirkətlərin qaz nəqli üçün ərizəsini qəbul edə bilməyəcək. Hazırda 239 şirkətin belə lisenziyası var.
 
Qeyd edək ki, bu gün komissiyanın keçirilən iclasında “SOCAR Ukraine” şirkəti ilə yanaşı “Gastron Ukraine” şirkəti də ölkədə qaz satmağa lisenziya alıb.
 





29.06.2017    çap et  çap et