Bakı şəhərində nişanlı oğlan yoxa çıxıb.
Milli.Az-ın məlumatına görə, mayın 11-dən Vilayət Əliyev evdən çıxb və həmin vaxtdan ondan xəbər yoxdur. Həmin şəxsin nişanlısı Səbinə Həsənova bildirib ki, V.Əliyevin nə ölüsündən, nə də dirisində xəbər var: “Yol qəzalarında ölən və yaralanan arasında onun adını axtarmışıq. Mayın 10-da axşam Vilayətlə danışandan sonra ona təkrar zəng etdim. Telefona cavab vermədi, yatıb deyə düşündüyümdən təkrar yığmadım. Son danışanda mənə səhər işə gedəcəyini demişdi. Lakin səhəri gün ərzində zəng etsəm də, cavab vermədi. Sonra isə telefonu söndürüldü. Ailəsi də xəbər ala bilmir. İşə də getməyib”.
Onu da əlavə edək ki, V.Əliyev Bakıda tanınmış super marketlərdən birində işləyirdi. Bu həftənin ilk günündən etibarən başqa bir şirkətdə işə çıxmalıydı.
çap et