525.Az

TAP Yunanıstan hissəsinin inşası üçün boruların 75%-i qəbul edildi


 

TAP Yunanıstan hissəsinin inşası üçün boruların 75%-i qəbul edildi<b style="color:red"></b> Trans Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan hissəsinin tikintisi üçün nəzərdə tutulan boruların 75%-i artıq qəbul edilib.
 
“APA-Economics” konsorsiumun məlumatına əsasən bildirir ki, bunu TAP-ın Yunanıstan üzrə ölkə meneceri Rikard Skufias bu gün keçirilən "Yunanıstan hökuməti ilə XXI dəyirmi masa” adlı tədbirdə zamanı bildirib.
 
Onun sözlərinə görə, layihə çərçivəsində 32 min borudan artıq 24 mini qəbul olunub. O, TAP-ın Yunanıstan üçün önəmli layihələrdən biri olduğunu vurğulayıb.
 
Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
 
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
 
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.
 





29.06.2017    çap et  çap et