525.Az

Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirildi


 

Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirildi<b style="color:red"></b>

Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tərəflər ölkələrimiz arasında hərbi kəşfiyyat sahəsində birgə planları, əməkdaşlığın inkişaf perspektivlərini, məlumat mübadiləsi, regional və kiber təhlükəsizlik, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 





29.06.2017    çap et  çap et