525.Az

Nyu-Yorkda silahlı insident


 

Nyu-Yorkda silahlı insident <b style="color:red"></b> Nyu-Yorkun “Bronks-Lebanon” xəstəxanasında baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb, atəşi açan şəxs intihar edib.
 
APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-York şəhər polis idarəsinin rəhbəri Ceyms Onil bildirib.
 
“Hadisə nəticəsində bir qadın ölüb, daha 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 5-i ağır yaralanıb. Cinayəti törədən şəxs intihar edib. Onun yanında, xəstəxananın 17-ci mərtəbəsində qadın meyiti aşkarlanıb.  Federal Təhqiqatlar İdarəsi insidenti terrorla əlaqələndirmir”, deyə C.Onil qeyd edib.
 
Qeyd edək ki, Nyu-Yorkun şimal bölgəsində “Bronks-Lebanon” xəstəxanasında silahlı insident baş verib. Odlu silahdan atəş açaraq 1 nəfəri öldürən, 6 nəfəri isə yaralayan xəstəxananın keçmiş əməkdaşı Maykl Bello olub. Nyu-York şəhərinin polis idarəsi faktla bağlı araşdırma aparır.
 





01.07.2017    çap et  çap et