525.Az

Bakı-Antalya aviareysində texniki problem aradan qaldırıldı


 

Bakı-Antalya aviareysində texniki problem aradan qaldırıldı<b style="color:red"></b>

Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) saat 07:25-də yerinə yetirilməsi planlaşdırılan Bakı-Antalya aviareysində texniki problem artıq aradan qaldırılıb.
 
AZAL-ın Mətbuat Xidmətinin rəhbəri Paşa Kəsəmənski “APA-Economics”ə bildirib ki, bu dəqiqələrdə uçuş həyata keçirilir.
 
“Bakı-Antalya aviareysində ləngimə texniki səbəblərdən baş verib. Problem artıq öz həllini tapıb. Sərnişinlər artıq təyyarədədir. Bu dəqiqələrdə təyyarə havaya qalxacaq”, - deyə P. Kəsəmənski vurğulayıb. 

 





01.07.2017    çap et  çap et