525.Az

Rostov-Bakı aviareysi bərpa olunur


 

Rostov-Bakı aviareysi bərpa olunur<b style="color:red"></b>

Rusiyanın "Pobeda" aviaşirkəti cari ilin sentyabr ayından etibarən Rostov şəhərindən Azərbaycan və Gürcüstana aviareysləri bərpa edəcək.
 
"APA-Economics" "Rostov-Transport" portalına istinadən xəbər verir ki, şirkət Rostov-Tbilisi və Rostov-Bakı aviareysləri üzrə müvafiq olaraq sentyabrın 25-dən və 26-dan etibarən uçuşlar yerinə yetirəcək.
 
Qeyd edək ki, yay mövsümündə başqa istiqamətlərə təlabat artdığından hər iki şəhərə uçuşlar müvəqqəti dayandırılıb.
 
Aviaşirkət Tbilisiyə həftədə 4 dəfə (bazar ertəsi, çərşənbə, cümə və bazar), Bakıya isə 3 dəfə (çərşənbə axşamı, cümə axşamı və şənbə) uçacaq.

Artıq biletlər satışa çıxarılıb.
 
Xatırladaq ki, "Pobeda" 2016-cı ildən etibarən Bakı və Tbilisi istiqamətində uçuşlara start verib.

 





01.07.2017    çap et  çap et