525.Az

Tramp Fars körfəzi ölkələri liderləri ilə telefonla danışdı


 

Tramp Fars körfəzi ölkələri liderləri ilə telefonla danışdı<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderləri ilə telefonla danışıb.
 
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
 
Söhbət zamanı Tramp Qətər ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib.
 
“Prezident qeyd edib ki, regionda birlik Ər-Riyad sammitində qarşıya qoyulan məqsədlər baxımından vacibdir”, məlumatda deyilir.
 
Tramp həmçinin terrorçuluğun maliyyələşdirilməsinə son qoymağa çağırıb.
 





03.07.2017    çap et  çap et