525.Az

"Total" İranın qaz sektoruna 4,8 milyard dollar yatırır


 

"Total" İranın qaz sektoruna 4,8 milyard dollar yatırır<b style="color:red"></b> Fransanın "Total" şirkəti İranda 4,8 mlrd. dollarlıq layihə həyata keçirmək niyyətindədir.

"APA-Economics" İran mətbuatına istinadən xəbər verir ki, "Total" İranın ofşor zonasında yerləşən "Cənubi Pars" qaz yatağının işlənilməsində iştirak etmək niyyətindədir. Tərəflərin yaxın vaxtda müvafiq razılaşma imzalayacağı gözlənilir.

"Total" 4,8 mlrd. dollarlıq yatırımla layihədə 50,1%-lik iştirak payına malik olacaq.

Qeyd edək ki, razılaşma baş tutarsa, bu, İrana qarşı sanksiyaların yumşaldılmasından sonra ən iri məbləğdə xarici investisiya yatırımı olacaq.

Nazirliyin açıqlamasında isə deyilir ki, "Cənubi Pars" yatağına Çinin CNPC dövlət konserni də maraq göstərir.
 





03.07.2017    çap et  çap et