525.Az

Makrona sui-qəsdin qarşısı alındı


 

Makrona sui-qəsdin qarşısı alındı<b style="color:red"></b>

Fransa hökuməti prezident Emmanuel Makronu öldürməyi planlaşdırdığını etiraf edən şəxsə terrorçuluq ittihamları irəli sürüb.

Trend-in məlumatına görə, 23 yaşlı şəxs oyun saytlarının birində avtomat alacağını və 14 iyul paradı zamanı prezidentə sui-qəsd təşkil edəcəyini bildirib.

Qeyd olunur ki, saxlanan zaman o, polisə bıçaqla müqavimət də göstərməyə çalışıb.

 





03.07.2017    çap et  çap et