525.Az

Rusiyanın "Jukovski" hava limanından Bakıya birbaşa aviareys açılır


 

Rusiyanın "Jukovski" hava limanından Bakıya birbaşa aviareys açılır<b style="color:red"></b>

Rusiyanın "Pegas Fly" aviaşirkəti iyulun 27-dən etibarən Moskvaətrafı "Jukovski" hava limanından Bakıya uçuşlar yerinə yetirəcək.
 
"APA-Economics" xəbər verir ki, bu barədə hava limanının rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
 
Əlavə məlumat verilmir.

"Interfax" agentliyə isə xəbər verir ki, fevral ayının əvvəlində Rusiyanın nəqliyyat naziri Maksim Sokolov Azərbaycan tərəfinin "Jukovski" hava limanından Bakıya uçuşların yerinə yetirilməsini razılaşdırdığını bəyan edib.
 
İlkin olaraq "Pegas Fly" cari ilin mart ayının 14-dən etibarən "Jukovski" hava limanından Bakıya uçmaq niyyətində idi.
 
"Jukovski" hava limanı 2016-cı ilin may ayından fəaliyyət göstərir. Ötən il hava limanı 350-400 min nəfər proqnoza qarşı 53 min nəfər sərnişinə xidmət göstərib. Bu il aeroportun rəhbərliyi bu göstəricini 1,5 mln. nəfərə çatdırmaq niyyətindədir.

 





04.07.2017    çap et  çap et